Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Klassika / Vüqar Həşimov klassikası
Vuqar Heshimov

Vüqar Həşimov klassikası

Bu gündən etibarən tempo.az saytı klassik oyunların təhlilinə start verir. Oyunlar dahi və məşhur şahmatçıların ölməz görüşləri, taktiki, strateji və texniki anlamda mükəmməl nümunələrdən təşkil olunacaq. Hər göstərilən oyunun tematikasına varmaqla yanaşı, konkret mövzu ətrafında olmasına çalışacağıq.

İlk görüş Azərbaycanın ölməz şahmatçısı Vüqar Həşimovun yaradıcılığındandır. Bu oyun klassik hücum, ani şturm və rəqibin təhlüklələrinə fiki verməməyin acı nəticələrini bariz şəkildə göstərir.

Həşimov Vüqar (2658) – Lalic Bogdan (2522)

Cappelle la Grande, 2007

1. e4 e5. 2. Af3 Af6. 3. Ae5 d6. 4. Af3 Ae4. 5.d4 d5. 6. Fd3 Ac6. 7. 0-0 Fe7. 8. Ac3 Ac3. 9.bc 0-0?! Göründüyü kimi Rus oyunu  oynanılıb. Vüqar ağlarla çox inamlı şəkildə bu debutu seçənlərə qarşı oynayırdı. İndiki məqamda yaxşı olardı ki, 9…Fg4 gedişi edilsin. 10.h3 h6. 11. Te1 Fd6. 12. Ae5 Vh4. 13. Tb1 Ae5. 14.de Fc5. 15. Vf3 b6. 16. Fe3 Fe3. 17. Te3 Fe6. Qaralar hələ ağların hücum potensialını dərk edə bilmirlər. Diqqəti 17…c5!? gedişi cəlb edirdi. D5 xanasındakı piyadanı qurban verərək qaralar oyun alırdılar: 18. Vd5 Fe6. 19. Ve4 Ve4. 20. Fe4 Tad8. 21. Td3 Fc4. 22. Tdd1 g5! Amma onlar materialı verməkdən çəkinirlər.

18. Tb4! Ağlar vəzir cinahındakı topu digər cinaha yönəldirlər. Gözlənilmədən qara şaha hücum başlayır. 18… Ve7. 19. Tf4 c5? Qaralar təhlükəni hiss etmirlər. Artıq vəziyyət o qədər də rahat deyil, ağların hücumları daha real təhlükələr yaratmağa başlayır. Mütləq 19… Tfd8 gedişi edilməli, qara şahın evakuasiyası təşkil olunmalı idi. 20. Tf6!! Qara vəzirin şaha hücum zamanı kömək üçün gəlmə diaqonalı bağlanır. Əgər 20…c4 olarsa, o zaman 21. Vh5 cd. 22. Tg3, 20…Tfe8 olarsa, yenə də 21. Vh5 Vc7. 22. Tg3 və qaralar çıxılmaz vəziyyətdədir. 20… Tfd8. 21. Vh5 Şf8. 22. Tg3 c4. 

23. Tg7! Sadə və eyni zamanda mükəmməl taktika. Qaraların şahının vəziyyəti dağılır, qaçmağa isə bircə temp çatmadı. 23… cd. 24. Tg8 +! Sona qədər dəqiq oynamaq lazımdır. Birbaşa 24. Th6 gedişinə Şe8 gedişi vardı və qaralar xilas olurdu. 24… Şg8. 25. Th6 Matdan çıxış yoxdur. 1 – 0

Vüqar Həşimovun belə şedevral oyunları saysız – hesabsızdır. Təəsüf ki, vaxtsız ölüm dahi şahmatçımızın daha böyük xarüqələr yaratmağına imkan vermədi….

Həmçinin oxuyun

Vasili Ivancuk

Vasili İvançuk – Neoklassika

Tempo.az saytı Klassika rubrikasını davam etdirir. Bu gün biz bu yaxınlarda 50 yaşını qeyd edən …