Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Klassika / Vladimir Kramnik klassikası
Vladimir Kramnik

Vladimir Kramnik klassikası

Tempo.az saytı Klassika rubrikasını davam etdirir. Bu gün biz bu yaxınlarda professional karyerasını bitirdiyini elan edən eks – dünya çempionu Vladimir Kramnikin oyununu təhlil edəcəyik.

Vladimir Kramnik – 25 iyun 1975-ci ildə dünyaya gəlib. 1992 – ci ildə qrossmeyster adına layiq görülüb. Rusiya yığmasının tərkibində 1992, 94 və 96 – cı illərdə Şahmat Olimpiadasının qalibi olub. 2000 – ci ildə Harri Kasparovu matçda məğlub edərək dünya çempionu tituluna yiyələnib. 2004 – cü ildə Peter Leko ilə,2006 – cı ildə isə Veselin Topalovla matçda titulunu qoruyub. 2008 – ci ildə Vişvanatan Ananda məğlub olaraq titulu təhvil verib. Reytinqinin pik həddi 2016 – cı ilin oktyabrına (2817) təsadüf edib.

Kramnikin dünya şahmatına verdiyi töhfə danılmazdır. Son dövrlərin ən dahi şahmatçıları sırasında yer alan Kramnikin minlərlə nümunəvi oyunu var. Biz onlardan yalnız birinə baxacağıq.

Gelfand Boris (2665) – Kramnik Vladimir (2765)

Berlin, 1996

1. d4 d5. 2. c4 c6. 3. Ac3 Af6. 4. Af3 e6. 5.e3 Abd7. 6. Vc2 Fd6. 7.g4 Fb4. 8. Fd2 Ve7. 9.a3 Fc3. 10. Fc3 b6 Slavyan müdafiəsinin Anti-meran variantı oynanılıb. Həm Kramnik, həm də onun məşhur rəqibi Gelfand hər iki rənglə bu debutu kifayət qədər uğurla oynayırlar. 11. Fd3 Fa6. 12. Va4 dc!. 13. Va6 cd. 14. Vd3?! Slavyan müdafiəsinin həvəskarları dərhal hiss edəcəklər ki, qaraların debutda hər hansı problemi qalmayıb. Ağlar daha təşəbbüskar oynaması üçün 14. Vb7 0-0. 15. Ae5! Ve8. 16. Ad3 Tc8. 17. Va7 Ag4 variantına gedib mürəkkəb vəziyyət statusunu saxlamalı idilər. 14…0-0. 15.g5 Ad5. 16. Fd2 f5. 17. 0-0-0 c5. 18. Şb1

18… b5! Qaralar artıq təşəbbüsə yiyələnirlər. Göründüyü kimi onlar ağları bu istiqamətdə qabaqladılar. 19. Vb5 Tab8. 20. Va5 Tb3. 21. Şa2 Tfb8. 22. Tb1 e5! Qaraların üstünlüyü artıq həlledici xarakter daşımağa başlayır. Əgər indi ağlar 23. Ae5 Ae5. 24.de Ve5. 25. Fc3 Ac3 + . 26.bc oynasalar, o zaman qaraların eleqant 26… Ve4! gedişi ortaya çıxır və ağlar təslim olmaq məcburiyyətindədilər. 23. Thc1 Ve6. 24. Şa1 ed. 25. Tc5 Ac5. 26. Vc5

26… Ac3! Qələbə üçün ən effektiv metod. Burada müxtəlif gözəl variantlar var. Məsələn: 27. Fc3 dc. 28. Ad4 cb +! 29. Şa2 (və ya 29. Tb2 Tb2! 30. Ae6 Tb1 + 31. Şa2 Tb2 mat) 29… Ta3+! 30. Şa3 Va6 və ağlar mat olur. 27. Ad4 Tb2. 28. Tb2 və… 28…Va2+!. 29. Ta2 Tb1 matı görüb ağlar təslim olur. 0-1

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …