Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Xəbərlər / Veyk an Zee – IV tur Lider dəyişməz qalır
Veyk an Zee

Veyk an Zee – IV tur Lider dəyişməz qalır

Veyk an Zee super turnirində IV turun oyunları keçirilib. Azərbaycan şahmatçıları bu tur da rəqibləri ilə xalları yarı bölüblər. Şəhriyar Məmmədyarov lider Nepomnyaşi ilə, Teymur Rəcəbov isə qara fiqurlarla eks – dünya çempionu Anandla                          heç-heçə razılaşıb. Həmçinin Ding Liren Fedoseev, Duda – Şankland və Karlsen – Kramnik görüşləri də sülhlə yekunlaşıb. Giri qara fiqurlarla Rapportu, Vidit isə van Foreesti üstələyib. Görüşlərin nəticələrindən sonra Nepomnyaşi 3 xalla vahid liderliyini davam etdirir.

Rapport -Giri

Ağlar debutu qəribə şəkildə oynasalar da, indi konkret kimdəsə üstünlük olduğunu demək mümkün deyil. C xəttində təzyiq qaraların vəziyyəti dirçəltməyinə imkan vermir. Lakin Rapport şübhəli gediş edir. 21. Ab6? Vb6. 22.a4 Ta8! İndi 23 ab gedişinə qaralar 23.. a4! Oynayaraq üstünlüyü ələ keçirir. Macarıstanlı şahmatçı bundan sonra sərt və avantur gedişlərlə oyuna rəng qatmaq istəsə də Giri 2 – ci dəfə qara fiqurlarla qələbə qazanmaq şansını əldən vermədi. 0-1

Vidit – van Foreest

Yenə fil endşpili, yenə seytnot, yenə van Foreest… Bu dəfə gənc holland heç – heçəyə daha yaxın görünür, çünki taxtada müxtəlif rəngli fillərdir. Amma bu o demək deyil ki, necə gəldi oynamaqla yarım xal qazanmaq olar. Bu vəziyyətdə ən dəqiq gediş 39… Fd1! olardı. Belədə ağ şahın irəli getməsinin qarşısı alınırdı. 36… Fa4. 37 c7 + Şd7. 38 g4 g6. 39. Şf4. İndi isə mütləq şəkildə qaralar 39…f6! oynamaqla ağ şahın keçidinin qarşısı alınırdı. 39… Fb5? 40. Şg5 Fa6. 41. gh gh. 42 Fh2 Fe2. 43. Şh5 Kənar h piyadası ağların qələbəsinin əsas meyarıdır. Tezliklə qaralar təslim olur. 1 -0

Paralel olaraq ənənəvi B turnirində də IV turun oyunları başa çatıb. Magsadlo – Esipenko, L Ami – Çiqaev, Korobov – Sadvakasova, Bareev – Gledura və Petz – Kuypersvə Keymer – Pragnanndaa – L Ami görüşləri heç – heçə başa çatıb. Turun yeganə məhsuldar görüşündə Kovalev L.van Foresti, məğlubiyyətə uğradıb. 4 turdan sonra 6 şahmatçı 2.5 xalla turnir cədvəlində liderliyi bölüşürlər.

Kovalev – L.van Foreest

Bütün oyun boyu bərabər mübarizə aparan qaralar heç – heçəyə çox yaxındı. Bunun üçün sadəcə h piyadasını irəli aparmaq lazımdır: 68…h4! 69 Tb5 + Şc6. 70. Tc5 Şd6. 71. Şg4 Tb1. 72. Tb5 Şc6 və heç – heçə qaçılmazdır. Bunun əvəzinə Lukas b5 piyadasını saxlamağa çalışdı ki, bu həlledici səhvdir. 68… Şc6? 69. Şe6! h4. 70 f5 h3. 71. f6 Tf1. 72. Te2! Tf4. 73. Tc2 + Şb6. 74. f7 və tezliklə qaralar məğlubiyyətlə barışmalı olur.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …