Bazar ertəsi , 26 İyul 2021
Ana Səhifə / Xəbərlər / Veyk an Zee – III tur Vahid Lider
Vahid

Veyk an Zee – III tur Vahid Lider

Veyk an Zee super turnirində üçüncü turun oyunları keçirilib. Ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov qara fiqurlarla Giri ilə, Teymur Rəcəbov isə ağ fiqurlarla bərabər keçən oyunda Rapport ilə heç-heçə razılaşıbHəmçinin Şankland Anand  və Vidit – Karlsen görüşləri də sülhlə yekunlaşıbSonuncuların görüşü 131 gediş çəksə də, hindistanlı şahmatçı endşpildə müdafiə olunmağı bacarıb. Duda Fedoseevi, Ding isə van Foreesti qaralarla məğlub edib. 3 – cü turda nəhayət ki, ağlar da qələbəyə sevinib. Nepomnyaşi həmyerlisi Kramniki məğlubiyyətə uğratmaqla 2.5 xalla vahid liderliyi ələ keçirib.

Nepomnyaşi – Kramnik

Ağlar müəyyən üstünlüyə malikdir. Onların vəziyyəti daha aktivdir, 2 fili var və rəqib şahına müəyyən təhlükələr yarada bilərlər. Lakin qaraların müdafiə imkanları yetərincədir. Bunun ən yaxşı üsulu 33… Vd4 oynamaqla ağ vəzirə yaxınlaşmaq və imkan düşən kimi dəyişmək olardı. Vəzirlər dəyişiləndən sonra ağların üstünlüyü cüzi qalacaqdı. Amma turnirdə hələ ki oyununu tapa bilməyən Kramnik səhvə yol verir. 33… g6? 34. Ve4. Həm filə həm də piyadaya eyni anda hücumdan müdafiə olunmaq üçün 34…d5 gedişi edilir. 35 Ve7. H6 xanasındakı piyadanı müdafiə etmək mümkün deyil, çünki 35…h5 gedişinə ağlar 36. Fe5 gedişi ilə qaraları çıxılmaz vəziyyətdə qoyur. 1-0

Van Foreest – Ding Liren

Taxtada fiqurların sayı az və bərabər olsa da, ağlar ehtiyatlı olmalıdırlar, çünki onların suqsvanq vəziyyətinə düşmək qorxusu var. Müdafiə olunmaq üçün mütləq 39.a4! gedişi edilməli idi. 39.b4? a4! Göründüyü kimi, ağların gedişləri məhdudlaşdı, indi edilən hər gediş vəziyyəti pisləşdirməyə aparacaq.40.c4 Fd4. 41 fe + Şe4. 42. Şf1 Şd3 və tezliklə ağlar təslim olurlar.

Fedoseev – Duda

Debutdan vəziyyəti bərabərləşdirən Duda təşəbbüsü ələ almağa çalışır. 24…h4! 25. Ah4? H4 piyadasını vurmaqdansa, vəzirləri 25.Vc6 gedişi ilə dəyişmək və bərabər vəziyyəti saxlamaq lazım idi. 25… Td2. 26. Vc4 Vc4. 27 Tc4 b5. 28 Td4 Tc2. Baxmayaraq ki, ağlar vəzirləri dəyişməklə endşpilə artıq piyada üstünlüyü ilə çıxa bildi, onların vəziyyəti heç də ürəkaçan deyil. 2-ci xətdə qara topun dominantlıq etməsi, ağ filin və atın perspektivsiz vəziyyəti, f2 xanasının katastrofik zəifliyi rəqibin böyük üstünlüyündən xəbər verir. Fedoseev müdafiə olunmağı bacarmayaraq, 10 gedişdən sonra təslim olur.

Paralel olaraq ənənəvi B turnirində də III turun oyunları başa çatıb. Çiqaev – Kovalev, Gledura – Sadvakasova, Petz – Korobov və Pragnanndaa – L Ami görüşləri heç – heçə başa çatıb. Lukas van Forest Bareevi, Esipenko Keymeri, Maqsadlo isə Kuypersi məğlubiyyətə uğradıb. 3 turdan sonra 6 şahmatçı 2 xalla turnir cədvəlində liderliyi bölüşürlər.

L.van Foreest – Bareev

Qaralar diqqətli olmalıdırlar, çünki ağların h3 xanasında topu var və h xətti açıqdır. Ən rasional üsul atları dəyişmək və f6 xanasındakı digər atı g4-h6 trayektoriyası ilə topun önünə aparmaqdır. H xətti bağlandıqdan sonra ağların hücumu davam etdirməsi üçün elə də güclü perspektivləri yoxdur. Lakin təcrübəli Bareev təhlükəni görməzdən gəlir. 20… Vc7? 21. Ac6 Tc6. 22. Vh4 Şf8. 23. Vh8 + Ag8. 24. Th7 f6. 25 Af3! Ağların hücumu daha böyük qüvvəylə davam edir. Öldürücü təsirə malik Ae5 gedişindən müdafiə olunmaq üçün Bareev ekstravaqant üsula əl atır. 25… Tc3. 26 Ae5 fe. 27. fe Tf3 (necə olur olsun f xəttini bağlamaq lazımdır) 28. gf Tb8. 29 f4 Vc7. 30. f5! Qaraların əks – hücumu çox gecikir. Bir neçə gedişdən sonra onlar təslim olur.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …