Çərşənbə axşamı , 19 Oktyabr 2021
Ana Səhifə / Xəbərlər / Veyk an Zee – II tur Qaraların triumfu
veykanzee

Veyk an Zee – II tur Qaraların triumfu

Bu il sayca 81-ci dəfə keçirilən Veyk an Zee super turnirində ikinci turun oyunları keçirilib. Ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Teymur Rəcəbovun qarşılaşması gözlənildiyi kimi heç-heçə başa çatıb. Bundan əlavə Anand – Fedoseev, Rapport – Şankland, Karlsen – Nepomnyaşi və Ding Liren – Vidit görüşləri də sülhlə yekunlaşıb. İlk turda olduğu kimi məhsuldar görüşlərdə yenə də qaralar qalib gəliblər. Belə ki ilk oyunda uğursuzluqla üzləşən holland şahmatçılarından Giri Kramniki,                 van Foreest isə Dudanı məğlubiyyətə uğradıb.

 İki turdan sonra turnir cədvəlinə aktivlərində 1.5 xal olan 2 nəfər – Nepomnyaşi və Anand başçılıq edir.

İngilis başlanğıcını mükəmmək şəkildə oynayan eks –dünya çempionu piyada azlığına baxmayaraq, kifayət qədər kompensasiyaya malikdir. Ağların balanslaşdırılmış vəziyyəti, 2 fil üstünlüyü, güclü mərkəzi var, qaralarda isə hələ fiqurların inkişafı yekunlaşmayıb. Əgər ağlar 19. g3! Oynasaydılar, o zaman şah cinahında da ciddi hücum perspektivləri yaranacaqdı. Onun əvəzində Kramnik 19. e5?! gedişini edir. Bu gediş ağ xanaların nisbətən zəiflədilməsinə qaraların fiqurları oyuna çıxartmasına şərait yaradır. 19…b6. 20 Ff3 Fa6!. 21. Tf2 c5. 22. g3 fg. 23. Tg3 cd. 24. cd Tc8. Artıq qaralar inkişafı yekunlaşdıraraq vəziyyəti stabilləşdirə bildilər. Oyunun ritmini itirən Kramnik sonrakı səhvlərlə öz məğlubiyyətinə şərait yaratdı.

Duda – van Foreest

İlk baxışdan qaraların nəzərəçarpacaq üstünlüyü görünsə də, əslində ağların müdafiə resursları yetərincədir. Piyadanın h6 xanasında olması onlara vəzir cinahının zəifliyini kompensasiya etməyə imkan verir. Sadəcə vaxtında bağlamadan xilas olmaq lazımdır. 38. Ad4! G5. 39. Vg4 Tc2. 40. Tc2 Tc2. 41. Ac2 və indi əgər qaralar 41… Va2 oynayarlarsa, onda 42. Vh5! Və ağlar daimi şahla heç – heçə etməyi bacarır. 38 g4? g5! Artıq ağların vəziri g4 xanasına düşə bilmir. 39. Vh2 Ad2! 40. Tc3? Həlledici səhvdir, Vg3 gedişini edib vəzirləri dəyişmək lazım idi, amma istənilən halda piyadasız endşpildə ağların xilas olmaq imkanları o qədər də çox deyildi. İndi isə oyun dərhal başa çatır. 40… Va4! c6 xanasındakı ata və g4 piyadasına eyni anda hücumdan müdafiə yoxdur.

Paralel olaraq ənənəvi B turnirində də II turun oyunları başa çatıb. Burada da               A turniri kimi 5 görüş heç-heçə nəticələnib. Bareev – Çiqaev, Korobov – Gledura,               L Ami – Esipenko, Kovalev – Pragnanndaa və Sadvakasova – L.van Foreest görüşləri sülhlə yekunlaşıb. Vunderkind Keymer ağ fiqurlarla Kuypersi, Maqsadlo isə eyni rənglə Petzi məğlubiyyətə uğradıb. İki turdan sonar turnir cədvəlinə aktivlərinə 1.5 xal olan 5 nəfər – Korobov, Keymer. Bareev, Çiqaev və L Ami başçılıq edir.

P.Maqsadlo – E.Petz

Mövcud vəziyyətdə hər hansı tərəf üstünlüyə malik deyil. Ağların fiqurlarının aktivliyi qaraların hər hansı ciddi zəifliyə sahib olmaması ilə sığortalanır. İndi ən yaxşı gediş 40…b5! və qaralar daha aktiv müdafiəni seçməklə problemləri kökündən həll edəcəkdilər. Lakin 40-cı kontrol gedişdə Petz çox gümanki seytnotda həlledici səhvə yol verərək piyadanı itirir. 40… Ff8? 41. Ab6! Məlum olur ki, əgər 41… Ab6 olarsa, onda 42. Fb6 Vb6. 43 Vd7 + Fe7. 44. Ah6 + Şg7. 45. Ve7 + və vəziyyət uduzulmuşdur. Qaralar bundan sonra daha 15 gediş etsələr də, piyadasız oyunu xilas etmək mümkün olmadı.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …