Çərşənbə axşamı , 19 Oktyabr 2021
Ana Səhifə / Bizimkilər / Veyk an Zee – də I tur başa çatdı
Veyk an Zee

Veyk an Zee – də I tur başa çatdı

Veyk an Zee – də I tur başa çatdı

Bu il sayca 81-ci dəfə keçirilən Veyk an Zee super turnirində ilk turun oyunları keçirilib. Məlum olduğu kimi, bu yarışda ölkəmizi qrossmeysterlər Şəhriyar Məmmədyarov (elo reytinq 2817 ) və Teymur Rəcəbov (elo reytinq 2757) təmsil edirlər. İlk görüşdə Şəhriyar ABŞ çempionu Samuel Şanklandla (elo reytinq 2724), Teymur Rəcəbov isə  eks – dünya çempionu rusiyalı Vladimir Kramniklə (elo reytinq 2777) heç-heçə edib.  Digər görüşlərə gəlincə, hindistanlı Vidit Santos Gujrathi (elo reytinq 2701) polşalı Duda Jan-Kristofla (elo reytinq 2738), rusiyalı Vladimir Fedoseev (elo reytinq 2724) macarıstanlı Richard Rapport ilə (elo reytinq 2732)           heç-heçə razılaşıb. Dünya çempionu Maqnus Karlsen dünyada 4-cü reytinqə sahib olan, son Olimpiadada Çim komandasının lideri Dinq Lirenlə (elo reytinq 2813) sülh bağlayıb. Maraqlıdır ki, məhsuldar keçən oyunlarda qalib tərəf qaralar olublar. Daha bir eks-dünya çempionu Vişvanatan Anand (elo reytinq 2773) hollandiyalı gənc istedad Jorden van Foreesti (elo reytinq 2612), rusiyalı Yan Nepomnyaşi isə                                 (elo reytinq 2763) gözlənilmədən 2 saat yarımdan da az olan müddətə daha çox               heç-heçəyə meyilli şahmatçı kimi tanınan Niderland təmsilçisi Aniş Girini (elo reytinq 2783) məğlub edib.

  Oyunboyu stabil üstünlüyə malik şahmatçımız get-gedə onu daha da artırırdı. Amma seytnotda Rəcəbov böyük üstünlükdən istifadə edə bilmədi.

T.Rəcəbov-V.Kramnik


39. Ta1.
İlk baxışdan belə hesab etmək olar ki, qaralar təslim ola bilər, çünki             39… Va1 gedişinə 40 Ve8 gedişindən sonra matdan çıxmaq mümkün deyil. Lakin Kramnik 39… Ta4! gedişini tapır. 40 Ta4. Əgər topları dəyişmək əvəzinə onu hansısa digər xanaya çəksəydi, Teymur yenə böyük üstünlüyünü davam etdirəcəkdi. 40…Va4. Artıq ağların qələbəyə oynaması çətinləşir. Əgər 41.Vd5 oynanılsa, o zaman 41… Ve4 gedişindən sonra endşpildə ağların uğur qazanması böyük sual altındadı. 41. Ve8 Ve4+. 42. Şf1 Vb1+. 43. Şg2 Ve4+ və daimi şahla oyun heç-heçə nəticələnir.

A.Giri-Y.Nepomnyaşi

Ağ fiqurlarla oynamasına baxmayaraq, hollandiyalı qrossmeyster müasir şahmatda o qədər də rast gəlinməyən Ufimcev müdafiəsində debutdan hər hansı üstünlük ala bilməyib. Artıq Nepomnyaşinin təşəbbüsü ələ aldığını hiss etməli olan Giri bərabərlik barədə fikirləşib 17. Fd3 gedişini etməli idi. 17. Ff3?! b4!. Bu vəziyyətdə isə müdafiə olmaq əvəzinə (18. Ab1) vəziyyəti gərginləşdirir. 18. ef? bc. 19. fe cb+.                20. Şb1 Af6. 21.Fb7+ Şb7. 22. Vf3 + d5. Açıq-aydın göründü ki, ağların atı qurban verməyi avantüradan başqa bir şey deyildi. Bir neçə gedişdən sonra Giri təslim olur.

A turniri ilə parallel olaraq ənənəvi B turniri də start götürüb. Turnirin reytinq favorite ukraynalı Anton Korobov (elo reytinq 2698) 20 yaşlılar arasında sonuncu dünya çempionu iranlı Parham Maqsadlonu (elo reytinq 2688), hollandiyalı                     Ervin L Ami həmyerlisi Stefan Kuypersi (elo reytinq 2467), veteran Yevqeni Bareev                  (elo reytinq 2650) hindistanlı vunderkind Pragnanndanı (elo reytinq 2530), rusiyalı Maksim Çiqaev isə (elo reytinq 2606) qazaxıstanlı qadın şahmatçı Dinara Saduakasovanı (elo reytinq 2472) məğlub edib. Belarusiyalı Vladislav Kovalev              (elo reytinq 2683) rusiyalı gənc şahmatçı Andrey Yesipenko ilə (elo reytinq 2593), daha bir qadın şahmatçı almaniyalı Elizabet Petz (elo reytinq 2487) həmyerlisi, gələcəyin böyük şahmatçılarından olacağı söylənilən Vincent Keymerlə (elo reytinq 2503), macarıstanlı Benjamin Qledura isə (elo reytinq 2621) yerli şahmatçı Lukas van Forestlə (elo reytinq 2500) heç-heçə edib.

M.Çiqayev – D.Sadvakasova

Vəziyyət tamamilə bərabərdir. Qapalı xarakterli vəziyyətdə əsasən üzün müddətli manevrlər edilir. İndiki halda ağlar əgər nəsə etmək istəyirlərsə, mütləq gec-tez f4 gedişini keçirməlidir. Qaralar isə öz növbəsində həmin keçidə mümkün qədər hazırlıqlı olmalıdır. Mövcud halda sadəcə vəziyyəti stabil saxlayan 33… Tf7 gedişi daha məqsədə uyğun olardı. 33… Ag8?! At e7 xanasında daha yaxşı mövqedədi. 34. Ta2 A6e7? Bu isə konkret səhv gedişdir. Qaralar atlarını lüzum olmadan geri çəkməklə səhv manevr etdilər. 35. f4! Artıq qaralar bu keçidə istənilən kimi hazır deyil, çünki atlar lazımi mövqedə dayanmayıb. 35… ef. 36. Af4 Vd7. 37.g5! Artıq ağların vəziyyəti kifayət qədər yaxşıdır. Oyun sonda da onların qələbəsi ilə nəticələnib.

Bu gün 2-ci turun oyunları keçiriləcək. Şəhriyar ağ fiqurlarla Teymura qarşı oynayacaq.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …