Çərşənbə , 1 Dekabr 2021
Ana Səhifə / Klassika / Vasili İvançuk – Neoklassika
Vasili Ivancuk

Vasili İvançuk – Neoklassika

Tempo.az saytı Klassika rubrikasını davam etdirir. Bu gün biz bu yaxınlarda 50 yaşını qeyd edən eks iddiaçı Vasili İvançukun oyununu təhlil edəcəyik.

Vasili İvançuk – 18 mart 1969 – cu ildə dünyaya gəlib. 1988 – ci ildə qrossmeyster adına layiq görülüb. SSSR yığmasının tərkibində 1988 və 1990-cı, Ukrayna yığmasının heyətində isə 2004 və 2010-cu illərdə Şahmat Olimpiadasının qalibi olub, həmçinin 1989 – cu ildə SSSR, 2001 – ci ildə isə Ukrayna yığması ilə komandalar arasında Dünya Çempionatında birinci yerə sahib çıxıb. 2001 – ci ildəhəmyerlisi Ruslan Panamaryova matçda məğlub olaraq vitse – dünya çempionu adı ilə kifayətlənib. İvançuk eyni zamanda 2016 – cı ildə sürətli şahmat üzrə dünya çempionatının qalibidir.

İvançuk 30 ildən artıqdır ki, yüksək səviyyədə çıxış etməkdə davam edir. Hələ  90 – cı illərdən reytinq – listdə ön sıralarda qərarlaşan Vasilinin reytinqinin pik həddi  2007 – ci ilin oktyabr ayına təsadüf edib (2787). Fenomenal biliyə və yaddaşa malik İvançuk uzun illər şahmat tacına iddiaçı olub. Bu gün baxacağımız oyun onun taxtada yaratdığı şedevrlərdən sadəcə biridir.

İvançuk Vasily (2735) – Şirov Alexei (2690)

Veyk an Zee, 1996

1. d4 d5. 2. c4 c6. 3. Ac3 Af6. 4. Af3 e6. 5. Fg5 dc. 6.e4 b5. 7.e5 h6. 8. Fh4 g5. 9. Ag5 hg. 10. Fg5 Abd7. 11.ef Fb7. 12.g3 c5. 13.d5 Vb6. 14. Fg2 0-0-0. 15. 0-0 b4. 16. Aa4 Vb5. 17.a3 ed. 18.ab cb. 19. Fe3 Slavyan müdafiəsinin pərəstişkarları yaxşı bilirlər ki, Botvinnik varinantı ümumiyyətlə bütün debut sxemlərinin içərisində ən mürəkkəb və maraqlı variantlardan biridir. Hələ 23 il əvvəl bu gedişə qədər tam nəzəriyyə gedir. 19… Ac5. 20. Vg4 + Td7

21. Vg7!! Fantastika! Düzdü, sonralar bu gedişin qarşılığı tapıldı, amma etiraf etmək lazımdır ki, hətta Şirov kimi dahi şahmatçı da oyun ərzində vəziyyəti lərzəyə gətirən yeniliyə cavab verə bilməzdi. 21… Fg7. 22.fg Tg8. 23. Ac5 d4. Əgər 23… Fc6 24. Ta6, 23… Tc7 24. Ab7 Tb7. 25. Tfd1 Td7. 26. Fd4 və ağların ciddi üstünlüyü var.   24. Fb7 Tb7. 25. Ab7 Vb6

26. Fd4!! Vd4. 27. Tfd1 Vb2 Qaraların alternativ gedişlərinə eleqant variantlar bir-birini əvəz edir: 27… Vg7. 28. Ta7 Şb8. 29. Tda1 Vd4. 30. Aa5!! Vc5. 31. Tb7 + Şc8. 32. Tf7 və qaralar çıxılmaz vəziyyətdədir. 28. Ad6 + Şb8. 29. Tdb1 Vg7. 29…Vc3 gedişi edilərsə, o zaman 30. Ta7! Şa7. 31. Ab5 + Şa6. 32. Ac3 bc. 33. Tb4! və daha bir unikal qələbə variantı meydana çıxır. 30. Tb4 + Şc7. 31. Ta6! Tb8. 32. Ta7 + Şd6. 33. Tb8 Vg4. 34. Td8 + Şc6. 35. Ta1 Qaralar təslim olur.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …