Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Bizimkilər / Komandalar arasında Dünya Çempionatı: Reabilitasiya
worldteamc

Komandalar arasında Dünya Çempionatı: Reabilitasiya

Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalar arasında Dünya Çempionatına yekun vurulub. Azərbaycan yığması son 4 görüşün üçündə müvafiq olaraq Rusiya, Hindistan və İran yığmaları ilə heç-heçə edib, son turda isə minimal hesabla Misir yığmasına qalib gələrək, 8 xalla 7 – ci oldu. Bütün turnir boyu liderlik mövqeyini qoruyub saxlayan Rusiya yığması hələ sona 1 tur qalmış birinciliyi təmin edib. İngiltərə yığması onlardan 3 xal dala qalaraq 13 xalla 2 – ci, Çin millisi isə 12 xalla 3 – cü olub. Hindistanlı Surya Şehar Qanquli (2633) 9 oyundan 7 xalla ən yüksək performans nümayiş etdirib. Millimizin heyətində Nicat Abbasov 6 oyundan 4 xalla ən yaxşı nəticəni göstərib.

Karyakin –Naydiç (VI tur)

Demək olar k, ümumi bərabər olan vəziyyətdə Naydiç cəsarətli gediş edir: 29… Te4!? Etiraf etmək lazımdır ki, əgər ağlar 30. Şf2! oynasa idilər, qaraların hər hansı ciddi iddiası qalmayacaqdı. Karyakinin avtomatik 30. Ac3?! gedişi Naydiçə keyfiyyət qurbanını sübut etməyə tam imkan yaratdı. 30… Fe5 +. 31. Şf2 Tf4 +. 32. Şe2 dc. 33. Tb1 Fd4 və 64-cü gedişdə şahmatçımız layiqli qələbə qazandı.

Artemyev – İzoria (VII tur)

Vəziyyət göründüyü kimi sakit və stabil deyil. Ağların 16. Fg5! gedişi qaraları dilemma qarşısında qoyur.e5 və Tac1 təhlükələri yetərincə ciddidir. 16… Td1 +17. Td1 Fd6. 18. Td6! Şd6. 19.e5 + Şe5. 20. Ff4 + Şf5. 21. Fc2 + (zarafat gəlməsin, 3 yüngül fiqur qara şaha az qala mərkəzdə mat konstruksiyası yaradıblar) 21… Ae4. 22.fe + Şf6. 23. Şf2. İki fiqur topdan üstündür və ağlar tezliklə onlar qalib gəlirlər. 1-0

Cumabaev – Maqsudlu (VII tur)

Rəqibini büsbütün üstənilən iranlı çempion son nöqtəni 40…gf gedişi ilə qoya bilərdi. Maqsadlo bənzər gedişi edir. 40…Ff4. 41. Vd5 + Şh8. 42. Vf7. Ağ vəzirin hiyləgər manevri daimi şah vəziyyəti yaratmağa və oyunu xilas etməyə imkan verdi.

Vei Yi – Xauell (VIII tur)

45. Td8! Dominasiya! Əgər 45… Vd8 olarsa, onda 46. Tg7 +! Şg7. 47. Ae6 + və qələbə. 45… Ve7 olarsa, 46. Tc8! və daha sonra 47. Tc7! təhlükəsi çıxılmazdır. Əsl etud ideyasıdır.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …