Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Bizimkilər / Komandalar arasında Dünya Çempionatı Qeyri – bərabər oyun
worldteamc

Komandalar arasında Dünya Çempionatı Qeyri – bərabər oyun

Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalar arasında Dünya Çempionatında 4-cü və 5-ci turların oyunlar keçirilir. Azərbaycanın yığması          qeyri – bərabər oyununu davam etdirib. IV turda komandamız gözlənilmədən İsveç yığmasına 1 – 3 hesabı ilə uduzub. Əgər Rauf Məmmədov nəhayət ki, məğlubiyyət seriyasına son qoyubsa, digər şahmatçılarımız asanlıqla rəqiblərinə təslim olublar. Xüsusilə Qədir Hüseynov və Eltac Səfərlinin reytinqdə əhəmiyyətli dərəcədə üstələdikləri rəqiblərinə mübarizəsiz uduzmaqları diqqətdən yayınmayıb. V turda isə komandamız nəhayət özünə gələrək ikinci heyəti ilə oynayan ABŞ millisini üstələyib. Raufla Qədirin rəqibləri ilə xalları yarı böldüyü turda Naydiç Svierci, Nicat Abbasov isə “2700”-lərin qənimi Lendemanı üstələyib. Özəlliklə Nicatın inamlı oyunu komandamızın digər üzvlərinin qeyri – stabil çıxışı fonunda diqqəti cəlb edir. 5 turdan sonra millimiz 3 xalla 9 – cu pillədə qərarlaşıb. Turnirə 9 xalla Rusiya yığması başçılıq edir. Ingiltərə və Hindistan milliləri liderdən 2 xal geri qalmaqla mövbəti yerlərdə qərarlaşıblar. 6 – cı turda komandamız liderlə qarşılaşacaq.

Turun maraqlı qarşılaşmalarından olan epizodları təqdim edirik:

Jumabaev – Karyakin (V tur)

Materialın bərabərliyinə və azlığına baxmayaraq, qaralar diqqətli olmalıdırlar. Tf8 təhlükəsindən Te1, Td1 və ya Tf1 gedişləri ilə qorunmaq olardı. Amma Karyakin təhlükəni tam hiss etmir. 61… Tb4? Qaralar 62. Tg8 + Fe8. 63. Ff7 Te4 gedişlərinə ümid edirdi lakin təhlükə digər tərəfdən gəlir. 62. Ta7! İndi matdan çıxmaq üçün 62… Fd7 oynamalıdırlar ki, tezliklə ağlar top və fillə mat konstruksiyası yaradaraq qalib gəldilər.

Naydiç – Svierc (V tur)

Ağların 2 artıq piyadasının olmağına baxmayaraq, qara fiqurların 2-ci xətdəki aktivliyini nəzərə almamaq mümkün deyil. Amma qaralar daha çox endşpildə öz xilaslarını axtarmalı idilər: 30… Vb5! 31. Vb5 Tb5. 32. Ab3 Fc3 və piyadasız olmağına rəğmən, qaraların heç-heçə üçün kifayət qədər imkanları mövcuddur. 30… Vc2? 31. Vd7 + Şf8. 32. Vc8 + Şf7. 33. Tf1 Vc3. 34. Ac4! At meydana qayıtdıqdan sonra ağlar rəqibin aktivliyini heçə endirərək öz hücumlarını effektiv həyata keçirdilər. 1-0

Yu Yanqyi – Qanquli (IV tur)

23.. Te3!. 0-1

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …