Çərşənbə axşamı , 19 Oktyabr 2021
Ana Səhifə / Bizimkilər / Komandalar arasında Dünya Çempionatı I-III turların qısa xülasəsi
Komandalar arasında Dünya Çempionatı I-III turların qısa xülasəsi

Komandalar arasında Dünya Çempionatı I-III turların qısa xülasəsi

Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalar arasında 10 yığmanın iştirakı ilə Dünya Çempionatı keçirilir. Azərbaycanın da iştirak etdiyi çempionatda həmçinin Çin, ABŞ, Rusiya, Hindistan, Qazaxıstan, İngiltərə, İran, İsveç və Misir yığmaları da yer alıb. Turnirin reytinq favoriti Çin yığmasıdır (orta reytinq 2759). Rusiya yığması onlardan cəmi bir elo xalı geri qalır. Əsasən ABŞ millisinin ikinci heyətlə iştirak etməsi diqqət çəkir. Komandanın birinci taxtasında polyak əsilli Svierc Darius (2655) çıxış edir. Millimiz bu turnirə komandanın liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olmadan qatılmışdır. Bununla belə Arkadiy Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasovla millinin orta reytinqi 2684 – dür ki bu da ümumi göstəricidə 4 – cü dür. Lakin 3 turun nəticələrinə əsasən komandamızın vəziyyəti heç də ürəkaçan deyil. İlk turda Çin yığmasına böyük hesabla məğlub olan komandamız növbəti görüşdə İngiltərəyə yenilib. 3 – cü turda meydan sahibləri ilə görüşdə isə sülh qeydə alınıb. Xüsusən Rauf Məmmədov və Eltac Səfərli keçirdiyi bütün görüşləri məğlub başa vurmaqla heç cür uğursuzluq zolağından çıxa bilmirlər. 3 turdan sonra Rusiya yığması maksimum 6 xal nəticə göstərərək liderdir. İngiltərə və Hindistan yğımaları onlardan 1 xal geri qalaraq növbəti yerlərdə qərarlaşıblar. Millimiz 1 xalla 8-cidir və bu tur autsayder İsveç yığması ilə qarşılaşacaq.

İlk 3 turun maraqlı qarşılaşmalarından olan epizodları təqdim edirik:

Adhiban – Grandelius (I tur)

Adhiban effektiv taktika ilə rəqibinin vəziyyətini laxladır: 24. Fg5! hg. 25. Ag5 Vc8. 26. Tf4! g6. 27.g4 Baxmayaraq ki, qaraların müdafiə imkanları hələ tükənməyib, taktikanın effekti Nilsə təsirsiz ötüşmədi. 27…Ae7? (27… Vc6!) 28. Vg3 Şg7 29. Vh4 Th8 30. Tf7 + Şg8 31. Th7 1-0.

Vei Yi – Səfərli (I tur)

Eltac mövcud vəziyyətdə 2 piyada geri olsa da, rəqib fiqurların koordinasiyasızlığından və effektiv taktikadan istifadə edərək oyunu bərabərləşdirmək imkanına malik idi. 40… Ad4! 41. Ad4 Tc5 42. Te8 + Şg7 43. Va1 Şh6. Amma Səfərli kontrol gedişdə səhvə yol verir: 40… Va4? 41. Te8 +! Şg7. 42. Tc8 Vb5. 43. Ae4 və çinli çətinliklə də olsa, artıq keyfiyyəti qələbəyə çevirə bildi. 1-0

Ni Hua – Lenderman (II tur)

Bu kifayət qədər sakit vəziyyətdə ağlar gözlənilmədən tələyə düşür: 27…f6. 28. Af3 e5! Gedişlərin effektivliyi ondadır ki, ağ vəzir mərkəzdə dayanmağına baxmayaraq, tutulur. 29. Ve4 f5! 30. Ve5 Ff6 və ağ vəzirin gedişləri tükəndi. 0-1

Maqsadlu – Grandelius (III tur)

20 yaşlılar arasında keçirilən dünya çempionatının son qalibi Maqsadlu həlledici hücuma keçir: 31. Fe4! fe? 31… f4 oynamaq lazım idi. 32. Ae4 Şh6. 33. Acd6 Tb6. 34. Tf6 +! Ff6. 35.ef Vg8. 36. Af5 +! Ff5. 37. Vg8 1-0

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …