Bazar ertəsi , 26 İyul 2021

Etüdlər

Ağlar udur

Ağlar udur

Heç-heçə

Ötən rubrikada verilən Etudlərin həlləri

Ağlar udur

Ağların artıq fiquru olsa da, hal-hazırda onların şahına təhlükə var və şahın istənilən gedişində vəzir özünü fəda edərək (məsələn, 1. Şh2 Vg1 +!) pat konstruksiyası yaranır. Amma ağların fantastik gedişi var: 1. Ve3!! Ve3 + 2. Şh2 İndi ağların g3 mat təhlükəsindən çıxış tapmaq lazımdır. 2… Vf2. 3. Fd6! Filin vəzir üzərində tam dominasiyası! Bom-boş taxtada qara vəzir çuqçvanq vəziyyətinə düşür. 1-0

Ağlar udur

Ağlar zərbə altında olan hər 2 filini qurtarmaq üçün 1. Td8 oynayırlar. Amma 1…a2! 2. Fa2 Tf4 + 3. Şe3 Ta4! Qaraların həmlələri davam edir və fillər yenə də zərbə altındadırlar. 4. Fb3 Tb4. 5. Td4 +! Td4. 6. Fe7! Ancaq belə ekstra gedişlərlə üstünlüyü saxlamaq olar. Qara top hara getsə tezliklə itiriləcək. Filin və ya fillərin ağır fiqurlar üzərində növbəti dominasiyası!

Heç-heçə

Qaraların “b” keçici piyadasını normal qaydada saxlamaq mümkün deyil. Ağlar ilk öncə1.h5 + Şh6. 2. Tb8 Fh2 +. 3. Şg4 Fb8. 4. Fe3 +g5. 5. Fc5 Şahın uğursuz mövqeyi ağlara heç – heçə etməyə unikal imkan yaradır. Əgər 5… Şg7 olarsa, onda 6. Fd4 + və keçici piyada itirilir. 5… Fe5. 6. Ff8 +Fg7. 7. Fe7 Ff6. 8. Ff8 +Fg7. 9. Fe7 və vəziyyət təkrarlandığı üçün heç – heçədir.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …