Bazar ertəsi , 10 May 2021
1

Etüdlər

Ağlar udur

Ağlar udur

Heç-heçə

Ötən rubrikada verilən Etudlərin həlləri

Ağlar udur

İlk baxışdan qara piyadların birini götürüb, digərinin vəzirə çevirlməyini saxlamaq olar, amma 1. Te3 e1 V. 2. Te1 və pat vəziyyəti yaranır. Konstruksiyanı pozmaq üçün fil özünü qurban verir: 1. Ff7! əgər indi 1… Şf7 olarsa,  o zaman 2. Te3 və pat olmadığından ağlar asanlıqla qalib gəlirlər. 1… ev V 2. Fh5 . Qaralar piyadanı vəzirə çevirə bildilər amma indi onlar e8 xanasından matdan xilas ola bilmirlər. 1-0

Ağlar udur

Ağlar qara vəzirin qeyri-müəyyən mövqeyindən istifadə edir. Əslində hər şey olduqca asan görünür: 1. Ff6 + Şh7. 2. Tb7 + Şg8. 3. Tb8 + Şh7. 4. Th8 + Şg6. Fəqət dayanmaq lazım deyil. Ağlar h2 xanasında yerləşən vəziri götürsələr pat olacaq. Ona görə də davam: 5. Tg8 + Şh7. 6. Tg7 + Şh8. 7. Ta7 +! Məsələ burasındadır ki, yaranacaq mat vəziyyətində qara vəzirin a2 xanasına düşməyinə imkan verilməsin. 7… Şg8. 8. Ta8 + Şh7. 9. Şf7 və matdan çıxış yoxdur. 1-0

Heç-heçə

Qaraların keçici piyadalarının hər ikisini eyni anda saxlamaq mümkün deyil. Amma elə etudun gözəlliyi də ondan ibarətdir ki, inanılmazı bacarasan. 1. Ab6 + Şb5. 2. Ad4 + Şb6. 3. Ae2 Fd1! At piyadanın vəzirə çevrilməyinin qarşısını alsa da, indi bağlamadadır və ağlar çarəsiz görünür. 4. Şh4! Fe2. 5. Fg5! g1 V. 6. Fe3 + ! Ve3 və pat.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …