Bazar ertəsi , 26 İyul 2021
Ana Səhifə / Xəbərlər / Dünya Kuboku – III tur

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti mərhələyə yüksəliblər. Həmin mərhələdə təmsilçilərimiz bir – biri ilə qarşılaşacaqlar və bu da o anlama gəlir ki, ¼ finalda Azərbaycandan bir nəfər mütləq iştirak edəcək. Digər nəticələrə gəlincə, turnirin favoritlərindən olan Aniş GiriSergey Karjakin mübarizəni dayandırıblar.

 III mərhələdən bir sıra maraqlı oyun fraqmentlərini təqdim edirik:

Vitiugov – Karyakin

Material azlığına və müxtəlif rəngli fillərin olmasına baxmayaraq, qaraların vəziyyəti ürəkaçan deyil, amma hələ mübarizə qabaqdadır. Karyakin özünə yaraşmayan şəkildə səhvə yol verir: 52… Vd5?? 53. Fc5 +. Sadə hesablama göstərir ki, qaralar mat olmamaq üçün vəziri filə dəyişməlidirlər. 1 – 0

Giri – Şonq

Mövcud qeyri-adi vəziyyətdə Giri fantastik 29. Td5!! gedişi ilə cütün taleyini həll edə bilərdi.

Xu Xianghu– Grişuk

İlk iki mərhələdə adlı – sanlı rəqiblərini mübarizədən kənarlaşdıran 20 yaşlı gənc çinli şahmatçının hücumu effektli görünsə də, 24… Vh3! gedişindən sonra həmin hücum dəf edilirdi. 24… Fe7? 25. Vc6? Ağlar da öz növbəsində imkandan yararlana bilmir. 25.Th7 + Fh7 26. Ah7 Vh7 27.Ve4 və fil h xəttini bağlamağa imkan tapmır: 27…Fd6 28.Th1 Fh2 29.Vg2. 25… Ff5 26.Tdg1 Fg6 27.T1g6 hg 28. Th7 + Vh7 29. Ah7 Şh7. Nəticədə 2 top vəzirdən üstündür və qaralar bu imkanlarını qələbəyə çevirə bildilər. 0 – 1

So – Vidit

Top endşpilində qaralar diqqətli oynasa, görüş çox güman ki, heç – heçə bitəcək. 53… Tc5! 54. Td5 Td5. 55.ed Şf8. 56.f4 f6. 53… Şf8?! 54. Td5 Te6 55. Tc5 Artıq qaraların vəziyyəti bayaqkı kimi rahat deyil və sonda So qələbə qazanmağı bacardı. 1-0

Nisipeanu – Svidler

Baxmayaraq ki, ağların iki artıq piyadası var, rahatlaşmaq hələ tezdir. 36. Va2! Vb4 37.Va1 Fc5 38.Fc3 Vf4 39.Ve1 Va4 40.Fa5 oynanılmalı idi. Əvəzində Nisipeanu başqa variantı seçir: 36. Fd4 Vb4. 37. Vd7 Fc5! Maraqlı və eleqant taktika. 38. Fc5   Ve1 +. 39. Şh2 Ve5 + 40.g3 Vc5. Ağlar nə qədər cəhd etsə də, oyun bərabərə bitdi.

Tomaşevski – Nepomnyaşi

28.. Vg4!. Super taktika, gediş gözəl olduğu qədər də həlledicidir. 0 – 1

Həmçinin oxuyun

Dünya Kuboku – II tur

Dünya Kuboku üzrə II mərhələ də arxada qalıb. Təmsilçilərimizdən 3 – ü növbəti mərhələyə yüksəlib. …