Çərşənbə axşamı , 19 Oktyabr 2021
Ana Səhifə / Xəbərlər / Dünya Kuboku – II tur

Dünya Kuboku – II tur

Dünya Kuboku üzrə II mərhələ də arxada qalıb. Təmsilçilərimizdən 3 – ü növbəti mərhələyə yüksəlib. Əgər Şəhriyar Məmmədyarov klassikada cütün taleyini həll etdisə,  Teymur RəcəbovEltac Səfərli tay – breykdə rəqiblərindən üstün olub. Şəhriyar Karuananın sekundantı Kasımcanovu, Teymur Sjugirovu, Eltac isə vunderkind Nihalı mübarizədən kənarlaşdırıb. Təmsilçilərimizdən yalnız Nicat Abbasov başa – baş mübarizədə Lenyer Dominqezə təslim olub.

III mərhələdə Şəhriyar Eltacla münasibətlərinə aydınlıq gətirəcək ki, bu da öz növbəsində ən azı bir təmsilçimizin 1/8 final mərhələsinə yüksəlməsi deməkdir. Teymur isə rusiyalı gənc oyunçu Daniel Yuffa ilə (2577) qarşılaşacaq.

II mərhələdən bir sıra maraqlı oyun fraqmentlərini təqdim edirik:

Məmmədyarov – Kasımcanov

Görüşü yüksək notda keçirən Şəhriyar eleqant kombinasiya edir: 28. Td5! Ad5 29. Ad3 Vd4. 30. Ae2! Vg4. 31. Aef4 + Şf6. 32. Ad5 + Hər tərəf çəngəllə əhatə olunub və qaralar çarəsizdir.1 – 0. Cavab görüşündə Şəhriyar bir xeyli əziyyət çəksə də, əzmkar mübarizə nəticəsində oyunu bərabərə bitirməyə və ümumi hesabda üstün olmağa nail oldu.

Nihal – Səfərli

Bu vəziyyətdə Eltac təslim olur. Göründüyü kimi, qaraların bir topa fiquru şahın təslim olmağına uzaqdan şahidlik edir. 2 – ci görüşdə isə gözlənilməz hallar baş verəcəkdi…

Səfərli – Nihal

Vəziyyətə nəzarət qaralardadır, ən azından məğlubiyyət üçün heç bir təhlükə, əsas yoxdur. Amma bu anda hallusinasiya baş verir: 32… Tg6?? 33. Tf2. Elementar bir gedişli “zevok” matçdakı durumu dəyişdirdi. Ciddi psixoloji üstünlük əldə edən Eltac tay – breykdə imkanı əldən vermədi. Ani diqqətsizlik isə böyük gələcək vəd edən Nihalın bu turnirdə hara qədər gedəcəyini müəyyənləşdirməyinə imkan vermədi.
Harikrişna – Fedoseev

32.e6! fe. 33. Ta3 a6. 34. Aa6 Ac4. 35. Vd8 + Td8. 36. Ac7 ++ Şb8. 37. Ae6 Aa3 + .38.ba. Atın çəngəlindən topların heç biri dəyişməklə də canını qurtara bilmir. 1-0

Nabati – Duda

18. Afe5? İlk baxışdan bu gedişdə hər hansı problem görünmür, amma e5 xanasına ağların iki atı da iddia edir ki, buna strategiyada artıq fiqur prinsipi deyilir. 18…Ab5! 19. Tb1 Tac8. 20.a4 Ad6. 21.b3 Afe4. Göründüyü kimi c6 xanasındakı atı ancaq həlledici itkilər verməklə xilas etmək olur, amma görüşü sonda xilas etmək mümkün olmadı. 0 – 1

Nisipeanu – Nakamura

Katalon başlanğıcında Nakamura səhvə yol verir, burada nəzəriyyə 14…c3 gedişini tövsiyyə edir: 14…e5?. 15. Ad6 cd. 16. Fe5 Va5. 17. Td6 Fg4. 18. Fc3. Ağların ciddi üstünlüyü var və 20 il öncə keçirilən Dünya Kubokunun qəhrəmanlarından biri, Almaniyanı təmsil edən rumın Nisipeanu favoritlərdən birini turnirdən kənarlaşdırır. 1 – 0
Predke – Nepomnyaşi

Oyun boyu imkanlarından yararlana bilməyən Predke artıq müdafiəni düşünməlidir, amma qorxulu heç nə yoxdur. 33. Td1? Vc2. 34. Va3 Tc4. İki gedişə vəziyyət tam dəyişdi, artıq çıxış yoxdur. 0 – 1

Rodşteyn – Van Hao

Yüksək səviyyəli daha bir şahmatçı Rodşteynin (2684) bir gedişi görməməsi tamamilə bərabər oyunu məğlubiyyətə apardı. 34. Tc3 Ted8. 35. Tc5? Th8. 36.g4 Tdh7. Qaraların hücumları həlledici xarakter almağa başlayır və sonda onlar qələbə qazanır. Bu oyun rəqibin təhlükələrinə fikir verməmə və onun acı nəticəsi ilə bağlı növbəti misal ola bilər.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …