Bazar ertəsi , 26 İyul 2021
Ana Səhifə / Xəbərlər / Dünya Kuboku – I tur

Dünya Kuboku – I tur

Məlum olduğu kimi, Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku start götürüb. 5 şahmatçı ilə təmsil olunan Azərbaycan yığmasının üzvləri üçün bu tur uğurlu olub. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov gözlənildiyi kimi özlərindən ustalıqda xeyli geri qalan rəqiblərini asanlıqla məğlub ediblər. Yığmanın 3 – cü taxtası Arkadiy Naydiç alman Niclas Huşenbethə (2650) iki görüşdə məğlub olaraq mübarizə aparmadan turniri tərk edib. Əvəzində tay – breykə qalan digər iki şahmatçımız növbəti mərhələyə yüksəlib. Son dövrlər uğursuz çıxışları ilə yadda qalan Eltac Səfərli əsl sensasiya edərək amerikan “2700” Sem Şanklandı (2705) mübarizədən kənarlaşdırııb, Nicat Abbasov isə trilleri xatırladan görüşdə blitz mərhələsində polşalı Kasper Piorundan (2660) üstün olub. İlk mərhələdə həmçinin polşalı Voytaşek (2739), çex Navara (2724), çinli Bu Xiangzi (2721) kimi super qrossmeysterlər də turniri tərk etmək məcburiyyətində qalıblar.

II turda Şəhriyar özbəkistanlı Rüstəm Kasımcanovla (2657), Teymur rusiyalı  Sənan Sjugirovla (2662), Eltac hindistanlı vunderkind Nihal Sarinlə (2610), Nicat isə ilk onluqda qərarlaşan və son dövrlər ideal oyun sərgiləyən Lenyer Dominqezlə (2763) qarşılaşacaq.
İlk turdan bir sıra maraqlı oyun fraqmentlərini təqdim edirik:
Cordova – Dubov

Bu vəziyyətdə ağlar sadə taktikanı qaçırırlar: 19.f4? Ae4! 20. Fe4 Fc4. 21.bc Fd4. 22. Td4 Td4. 23. Şh2 Tc4. 2 fiqur topa qarşı olsa da, qaraların böyük piyada üstünlüyü həll edici xarakter daşıyır. 0-1
Hovhannisyan – Demçenko

 Qaraları fiquru artıq olsa da, şahın mövqeyinin zəif olması sözünü deyir, lakin təhlillər göstərir ki, ağlar da bərabərlikdən artığına ümid etməməlidir. 39. Ve8? İlk baxışdan qaralar çarəsiz görünür, amma… 39… Td8! Heç bir açıq və ya ikiqat şahın faydası yoxdur, toplar məcburi dəyişdikdən sonra isə hücum dayanır, daimi şah imkanları da aradan qalxır. 0-1

28. Ah5! 1-0

Kovalenko – Lupulesku

Qaraların iki piyadası artıqdır və yavaş – yavaş rəqibin müqavimətini qırmağa çalışmaq lazımdır. Lakin onlar ağların imkanlarını qətiyyən dəyərləndirmirlər. 51… Ab4?? 52. Vh2. Gözlənilmədən mat təhlükəsi yaranır və bundan çıxış yoxdur. 52… Fg5. 53. Şg5 Şf8. 54. Şf6 1 – 0

Kori – Nihal

29… Tc4! 0-1

Eskobar – Dominqez

Qələbə üçün 39… Ff4 gedişi də kifayət edirdi, amma Dominqez eleqant sonluq tapır: 39… Vh6 +! 40. Vh6 Tf1 mat 0-1

Vidit – Pişot

Ağların ərazi üstünlüyü var, lakin qaralar dəqiq oynasa oyunu uduzmayacaqlar, məsələn, 33… Td3 + 34. Şf2 g5 33… Tc8? 34. Fd5! Qaralar çuqçvanq vəziyyətinə düşdü. 34… h6 35. Şd4 At itirilir. 1-0

Şenklend – Səfərli

Nokaut sistemin öz qanunları var, bəzən məcburən hesabda geri düşdüyünü aradan qaldırmaq üçün sifarişli qələbə mütləq olur. Mövqedə vəziyyət bərabərdir, amma Şenklend mütləq udmalıdır, əks halda turnirlə vidalaşır. 27.a4?? kobud səhvdir, 27… Td6 gedişindən sonra sadəcə təslim olmaq qalır, amma Eltac da gedişi görmür. 27… Ta6?? 28.a5??! nida işarəsi ona görə qoyulur ki, artıq ağlar məqsədli şəkildə zevok edir, çünki digər gediş heç – heçəyə aparacaq. 28… Tc6?? 29. Fc5. Nəhayət ki, fil lənətlənmiş nöqtədən çəkildi. Bərabər mövqe sonrakı macəralarla elə də qaldı və Eltac növbəti mərhələyə yüksəldi. Bəlkə də psixoloji faktor olaraq 29.a6??! gedişini oynayıb blefi davam etdirmək lazım idi? Çünki qaralar israrla hədiyyəni qəbul etmirdilər və sonuncu vəziyyətdə əgər onlar başqa gediş etsələr, artıq ağların real şansı yaranırdı.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …