Çərşənbə , 1 Dekabr 2021
Ana Səhifə / Bizimkilər / Avropa Çempionatı – Son
Avropa Cempionati

Avropa Çempionatı – Son

Makedoniyanın paytaxtı Skopye şəhərində kişilər arasında keçirilən Avropa Çempionatı sona çatıb. Azərbaycan şahmatçılarından yalnız Eltac Səfərli 11 oyundan 8 xal yığmaqla uğurlu nəticə göstərib. Ardıcıl 3 qələbə qazanan Eltac 3 – 11 – ci yerləri bölüşdürsə də, əmsallar cədvəlinə görə 11 – ci olub. Digər şahmatçılarımızdan Rauf Məmmədov və Ülvi Sadıxov 6.5 xal, Məhəmməd Muradlı 5.5 xal, Abdulla Qədmbəyli və Kənan Qarayev 5 xal, Cahandar Azadəliyev isə 4 xal toplayıb. Turnirin digər nəticələrinə gəlincə rusiyalı Vladislav Artemiev və isveçli Nils Grandelius hərəyə 8.5 xal toplamışlar. Əlavə göstəricilərə görə 21 yaşlı Artemiev Avropa Çempionu adını qazanıb. Əmsallara görə 8 xallılar arasında polşalı Kasper Pierun bürünc medalın sahibi olub. Turnirin nəticələrinə görə 22 şahmatçı cari ilin sonunda keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Maraqlı qarşılaşmalarından olan epizodları təqdim edirik:

Artemiev – Xraçek (VIII tur)

24.a3! Vb2 Ağlar effektiv kombinasiya keçirməyə müvəffəq olurlar. 25. Tg7! Şg7. 26. Tg3 + Şh8. 27. Ad5! Ad5. 28. Fh6 Ff6. 29. Vf6 +! 1-0

Səfərli – Bluebaum (XI tur)

Eltac rəqibin vəziyyətini darmadağın edir: 21. Fe5! fe. 22. Ae5 + Şg7. 23. Td7 Td7. 24. Vg4! Th6. 25. Ad7 Vc7. 26. Ve6 Fh4. 27.g3 Vd8. 28. Te1 Vg5. 29. Şf1 1-0

Berkes – Ter – Şaakyan (Xtur)

Ağlar unikal kombinasiya həyata keçirirlər: 16. Fd5! Fg5. 17 Fc6! Fc1. 18. Fb5! Puanta! Vəzir tutuldu və mövcud vəziyyət qaralar üçün çox ümidsizdir. 1-0

Eduard – Huşenbeth (XI tur)

Qaralar həlledici hücuma keçir: 34… Tg6! 35. Vb8 Tg2 +! 36. Şg2 Vf2. 37. Ve8 + Şh7. Ağlar matdan xilas olmaq üçün ancaq vəziri topa dəyişməlidir ki, bu son nəticəyə təsir etmir. 0-1

Hraçek – R. Məmmədov (VI tur)

Ağların vəziyyəti nisbətən daha perspektivlidir. Amma vəzirlər dəyişilsə, qaralar hələ uzun müddət layiqli mübarizə apara bilərdi. İlk turdakı uğursuzluqdan sonra ardıcıl 4 qələbə qazanan Rauf gözlənilməz səhv edir: 29… Vf2?? 30. Ag4. İndi qaralar ya mat olurlar, ya da vəzirlə vidalaşırlar. 1-0

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …