Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Bizimkilər / Avropa Çempionatı-ilk turlar
Avropa Cempionati

Avropa Çempionatı-ilk turlar

Məlum olduğu kimi, Makedoniyanın paytaxtı Skopye şəhərində kişilər arasında Avropa Çempionatı start götürüb. Azərbaycanı bu yarışda Rauf Məmmədov, Eltac Səfərli, Ülvi Sadıxov, Məhəmməd Muradlı, Abdulla Qədmbəyli, Kənan Qarayev və 8 yaşlı vunderkind Cahandar Azadəliyev təmsil edir. İlk turdan sonra Rauf 4 xalla liderlər qrupunda qərarlaşıb, Eltacın 3, Məhəmmədlə Kənanın 2.5, Ülvi, Abdulla və Cahandarın isə 2 xalı var. Turnir cədvəlinə hərəyə 4.5 xal toplamış israilli Maksim Rodşteyn (2673), macar Berkeş Ferenc (2666), rusiyalı Kiril Alekseenko (2644) və polşalı Piorun Kasper (2631) başçılıq edir. Bu gün turnirdə istirahət günüdür. Çempionat mart ayının 29-u yekunlaşacaq.

Maraqlı qarşılaşmalarından olan epizodları təqdim edirik:

Maze – Cheparinov (III tur)

32… Tc2! Əgər 33. Vc2 olarsa, onda 33… Vg5 və vəzirin g3 xanasına girişi qarşısıalınmazdır. 0-1

L. van Forest – İndjic (III tur)

34. Fh6! Ah5. 35. Vg8 + Şh6. 36. Ve6 + Şh7. 37. Ve7 + Ag7. 38. Vh4 + 1-0

Alonso Rossel – Gledura (IV tur)

37… Ae3! 0-1

Ponomariov – Blagojevic (IV tur)

Fide versiyası üzrə eks – dünya çempionu Ruslan Ponomaryov gözəl kombinasiya işlədir:  20. Ac5! Fc5. 21.dc Vd3. 22. Tf6 + Şf8. 23. Tf7 +! Şg8. 24. Vc6 Vb1 +. 25. Şh2 Şf7. 26. Ag5 + Şe7. 27. Ve6 + 1-0

 R. Məmmədov – Huşenbeth (V tur)

Debutdan çıxan kimi Rauf rəqibə sarsıdıcı zərbə endirir: 16. Af7! Şf7. 17.c4 Fe4. 18.de Ac3. 19.c5 + Aa2. 20. Vb3 + Te6. 21. Tfd1! Hücum öz axarıyla davam edir. Qaralar tamamilə əlacsız durumudadırlar. 21… Ve7. 22.cb Ab4. 23.bc Vc7. 24. Tac1 Vb6. 25. Td7 + Şf8. 26. Fb4 + ab. 27.a5! Son zərdə və qaraların müdafiəsi tükəndi. 1-0

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …