Çərşənbə axşamı , 19 Oktyabr 2021
Ana Səhifə / Maraqlı / Aprel ayı üzrə reytinq list
Aprel ayı üzrə reytinq list

Aprel ayı üzrə reytinq list

FİDE aprel ayı üzrə reytinq – listi açıqlayıb. İlk sıralarda hər hansı dəyişiklik nəzərə çarpmır. Təmsilçimiz Şəhriyar Məmmədyarov 2793 elo xalı ilə hal – hazırda        5-ci sıradadır. Digər şahmatçımız Teymur Rəcəbov isə 2756 elo xalı ilə 12 – ci yerdədir. İlk 100  – lükdə qərarlaşan digər şahmatçılarımızın isə göstəriciləri, təəssüf olsun ki, heç də ürəkaçan deyil. Arkadiy Naydiç “700” – lər klubunu tərk edərək 2695 xalla 42 – ci, Qədir Hüseynov isə retyinq itkilərindən sonra 2654 xalla 96 – cıdır. Rauf Məmmədovun son dövrlər uğursuz çıxışı onun kifayət qədər reytinq itirməsinə və nəinki 700” – lər klubunu, ümumilikdə ilk 100 – lüyü tərk etməsi ilə nəticələnib. Şahmatçımız Eltac Səfərli də ilk 100 – lüyü tərk edənlər sırasındadır. İndi Raufun reytinqi 2650, Eltacınkı isə 2624 -dür. Əvəzində Nicat Abbasov reytinq xalını qaldıraraq 2633 – ə çatdırıb və 100-lüyə bir az da yaxınlaşıb. Hal – hazırda o aktiv dünya şahmatçıları arasında 140 – cı mövqedədir. 700-lər klubunu həmçinin rusiyalı Vladimir Fedoseev, Yevgeni Tomaşevski, ukraynalı Vasili İvançuk, belarus Vladislav Kovalev da tərk edib. Reytinq xalı və mövqe cəhətdən ən performanslı nəticə son dövrlər mükəmməl oyun göstərən və Avropa çempionu adını daşıyan rusiyalı Vladimir Artemievə məxsusdur. O birdən-birə reytinq balını 18.4 xal artıraraq 9 pillə irəliləyib və 2754 xalla 9 – cu yerdədir. Son qitə çempionatının digər qəhrəmanları polşalı Kasper Pierun 50, ispan Anton Quijarro 41, amerikalı Samuel Sevian isə 40 pillə irəliləyərək ilk 100 – lüyə daxil olublar. Reytinq listin ən cavan şahmatçısı 16 yaşlı iranlı Alireza Firuzja (2669), ən yaşlı şahmatçısı isə 58 yaşlı çexiyalı İqor Rausisdir (2653).Təmsil olunduğu federasiyanı Kubadan ABŞ-a dəyişən və 2 il 4 aydır ki, aktiv şahmatdan uzaq olan Lenyer Dominqez ABŞ çempionatında Hikaru Nakamuradan sonra II yeri tutmaqla reytinq xalını 10.8 vahid artırmış və hal – hazırda 17- ci pillədə qərarlaşmışdır.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …