Çərşənbə axşamı , 19 Oktyabr 2021
Ana Səhifə / Bizimkilər / Aeroflot open – qısa xülasə
Rauf Məmmədov

Aeroflot open – qısa xülasə

Məlum olduğu kimi, cari ilin fevral ayının 20 – 27 – də Rusiyanın paytaxtı Moskva şəhərində dünyanın ən güclü açıq turnirlərindən sayılan və artıq 17 – ci dəfədir ki, keçirilən Aeroflot open başa çatmışdır. A qrupunda iştirak edən şahmatçıların 71 – i qrossmeyster olmuşdur ki, onlardan da 6 – sı 2700, 39 – u isə 2600 – dən yuxarı reytinqli şahmatçılar idi. Turnirin reytinq favoriti çinli vunderkind Vei Yi (2733) idi. Azərbaycanı A turnirində Rauf Məmmədov və Eltac Səfərli təmsil etmişlər. Təəssüflər olsun ki, hər iki şahmatçımız turniri uğursuz başa vurmuşdur. Rauf 9 oyundan 5 xalla 40-cı, Eltac isə 4 xalla 75-ci yerdə qərarlaşmışdır. Bu nəticələrdən sonra Məmmədov 10, Səfərli isə 23 reytinq xalı itirmişdir. Turnirin qalibi isə heç kimin gözləmədiyi halda start reytinq-listdə 2542 balla 62-ci olan 43 yaşlı estoniyalı qrossemyster Kaydo Kulaots olmuşdur. O 7 xal toplayaraq nəhəng rəqiblərini üstələyib I yeri tutmuş və yayda keçiriləcək Dortmund super turnirinə vəsiqə qazanmışdır. Onunla eyni xalı toplamış erməni Martirosyan 2 – ci olmuşdur. Turnirə 5 ardıcılı qələbə ilə başlayan 5 qat Hindistan çempionu Sasikiran (2678) isə 6.5 xalla 3-cü yeri tutmuşdur.

Turnirdən bir sıra maraqlı oyun fraqmentlərini təqdim edirik:Siçev – Sasikiran (1-ci tur)

Qaralar sadə, amma effektiv kombinasiya həyata keçirir: 22… Fh3! 23.gh (23.f3 Fg5!) 23… Tc6 və ağlar ya mat olmalı, ya da vəzirlə vidalaşmalıdırlar. 0-1

Antipov– İnarkiev (3-cü tur)

Antipov qaraların Slavyan müdafiəsini o qədər də uğurlu oynamamğından istifadə edir və son zərbəni vurur: 21. Ag5! İndi qaralar atı vursalar, onda f6 keçidindən sonra vəziyyət dağılacaqdır, əks halda at triumfal olaraq f7 xanasına düşəcək . 1-0

Kulaots – Çiqaev (6 – cı tur)

Turnir ərzində bir sıra gözəl qələbələr qazanan, xüsusilə gənc şahmatçıları qara fiqurlarla təslim edən sensasion qalib Çiqaevlə görüşdə də qələbəyə yaxın idi. Olduqca mürəkkəb və hər iki tərəfin qarşılıqlı şansları ilə keçən oyunun sonunda Kulaots etud qələbə şansını qaçırdı. 66. Şe2? Ab2 67.b7 Şb7 68. Tb1 d1V + 69.Td1 Ad1 və heç – heçə. Halbuki 66. Tb1! gedişi ilə ağlar uda bilərdi. İndi əgər 66… Ab2 olarsa, onda 67.b7!, 66… Şb6 olarsa, 67.Şe2 Şb5 68.b3 Aa3 69.Th1 Ab4 70.Th3 Ab1 71.Şd1 və ağlar tədricən qalib gələcəkdi.

A turnirindən fərqli olaraq, B turnirində təmsilçilərimiz kifayət qədər uğurlu çıxış ediblər. Azərbaycan çempionu Məhəmməd Muradlı 6.5 xalla 3-cü yeri tutmuşdur. İlk onluqda həmçinin 6 xalla 9-cu yeri tutan Vüqar Əsədli qarşılaşmışdır. Turnirin qalibi isə ukraynalı qrossemyster Stanislav Boqdanoviç (2542) olmuşdur.

Həmçinin oxuyun

Vuqar Hesimov

Şəmkir superturniri Karlsen fərqi

Mərhum qrossmeyterimiz Vüqar Həşimovun xatirəsinə artıq 6 – cı dəfə təşkil olunan və ənənə halını …